Dünya 

“Instagram”da canlı yayım açıb gənci qarət etdilər

Rusiyanın Başqırdıstan Respublikasında qarəti videoya çəkərək sosial şəbəkədə paylaşan şəxslər tutulub.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ufada şübhəlilərdən biri 26 yaşlı oğlanı qarət edib və bunu “İnstagram” hesabının canlı yayımında paylaşıb.

Zərərçəkən onun sosial şəbəkə hesabını yadında saxlayaraq polisə məlumat verib.

Polis şübhəli şəxsləri özlərinə növbəti qurban axtarıb videoya çəkmək istədikləri zaman yaxalayıb.

27 yaşlı Ufa sakinləri törətdikləri əməlin zarafat olduğunu desələr də, polis şöbəsində hər şeyi etiraf ediblər.

Məlum olub ki, bu, onların törətdiyi ilk qarət deyil.

Faktla bağla cinayət işi başlanıb.

Daha çox xəbərlər