Dünya 

Tokioda isti havadan ölənlərin sayı 150-yə yaxınlaşıb

Avqustun 13-dən 20-dək Yaponiyanın paytaxtı Tokioda müşahidə edilən isti havalar səbəbindən ən azı 17 nəfər ölüb, ayın əvvəlindən bu günə qədər ölənlərin sayı 148-ə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.

Qeyd olunub ki, yeni ölüm halları 40-90 yaşlı insanlar arasında qeydə alınıb və rekord istinin qurbanlarının əksəriyyəti 70 yaşdan yuxarı insanlardır.

Keçən il ölkədə isti havadan 126 nəfər ölüb, 70 mindən çox insan xəsarət alıb.

Daha çox xəbərlər