Gürcüstanda son sutkada koronavirusa 15 yoluxma qeydə alınıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 385 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 903 nəfər karantində saxlanılır.Virusa yoluxanlardan 1 128 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

