Rusiyada daha 90 nəfər koronavirusdan öldü
Rusiyada son sutka ərzində daha 4870 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 946 976 nəfərə çatıb.
Son sutka ərzində 90 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 189 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

