Cəmiyyət 

Hava şəraitinin kəskin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq

ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:

Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın  leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.  Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Daha çox xəbərlər