Siyasət 

Ermənilərin Naxçıvanla bağlı ərazi iddiaları stəkanda fırtına yaratmaq təsəvvürüdür

Babalarının kəsilən qulağını unudan daşnaklara Günnütdəki əməliyyatı davam etdirməklə dərs verməyin zamanıdır

«Dördgünlük  Aprel müharibəsini və Tavuşdakı (?) hadisələri müqayisə edə bilməzsiniz. Əlbəttə ki, Tavuşda Silahlı Qüvvələrimiz ən yaxşı tərəflərini göstərdi və son dərəcə vacib bir məsələni (söhbət görəsən hansı məsələdən gedir?) həll etdi. Silahlı Qüvvələrimiz təbrik edilməlidir. Ancaq eyni şey 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində aparılmalı idi. Bu, zərurət idi.»” («Konkret.az»)  Bu  sayıqlama Xocalıda günahsız insanları qətlə yetirdiyini etiraf edən, uşaq qatili kimi tanınan Ermənistanın sabiq prezidenti Serj Sarkisyana məxsusdur.
Aprel döyüşlərində, Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində ermənilərin törətdikləri təxribatların qarşısını  alıb, düşmənə  qulaqburması verən Azərbaycan  əsgərinin  rəşadətini unudaraq, fərari erməni əsgərinin « qəhrəmanlığından» bəhs etmək Sarkisyanın əvvəllər verdiyi sarsaq bəyanatlarının oxşarıdır.  Sarkisyanın başından böyük qələtinə bir nümunə isə 2011-ci  ildə erməni tələbələri ilə görüşündə gənclərin  Ağrı dağının  nə zaman Ermənistana birləşdiriləcəyi ilə bağlı suala cavabıdır. Sarkisyan  xəyalından keçənləri belə izah etmişdi: « Bu sizin və sizin kimi gənc nəslin əlindədir.»

Daşnakların  başqalarının torpaqları hesabına  «böyük Ermənistan» yaratmaq planlarının illüziyadan başqa bir şey ifadə etmədiyini sübut edən  yüzlərlə tarixi fakt olsa da, bu gün də  «torpaq yeyən goreşənlər» Ermənistanın « tarixi əraziləri» barədəki miflərindən, yeni ərazi iddialarından əl çəkmirlər.  Qaniçənliyi, vəhşiliyi  genlərində yaşadan,  faşizmə sədaqət  ruhunu gənclərə də aşılayan, özləri barədə «ali irq» təsəvvürü formalaşdırmağa çalışan sarkisyanlar  gənclərinə babaları  Andronikin Naxçıvanda  kəsilən qulağı barədə açıqlama verməyi unudurlar.

Sarkisyanın, bəzi hallarda havadarlarının Naxçıvanla bağlı  iddiaları,  qondarma «Dağlıq Qarabağ respublikası» oyuncaq rejiminin başçısı Araik Arutyunyanın «Gəncəni  vuracaqları» barədəki sərsəmləmələri Azərbaycanın bir atalar sözünə bənzəyir. Köpəkdən soruşurlar ki, niyə hürürsən. Deyir ki, qorxuduram. «Bəs quyruğunu niyə bulayırsan» sualına cavabı isə belə olur: « Özüm də qorxuram.» Doğrudan da həmişə  əlaltısı olduğu ağalarının süfrələrinin artıqlarının ümidinə qalan,  qarşısında quyruq bulayan ermənilərin   xəyallarından keçənlər həyasızlıq,  daşnak siyasətindən qaynaqlanan mifoloji xəstəlikdir.

Türkiyə və Azərbaycan  Silahlı Qüvvələrinin birgə əməliyyat  taktiki- təlimlərinin keçirildiyi bir vaxtda  bu cür sarsaq fikirlərin səslənməsi bəllidir ki,   daxili sabitliyin  qorunmasına və xarici ölkələrdən alınan ianələrin artırılmasına  hesablanıb
Daşnakların həmişə həsrətində olduqları  Naxçıvana qarşı iddialarını gündəmə gətirmələri erməni   şovinizminin, tarixi saxtakarlaşdırmaq «təcrübələrinin» növbəti  məkrlərindəndir.   Naxçıvanı zaman-zaman « özününküləşdirən»,  hərəkatlar, komitələr yaradan  ermənilər  yaxşı bilirlər ki, bu  iştahaları baş tutan deyil.  Azərbaycanın Şərqə açılan qapısı, tarixi İpək Yolunun üzərində yerləşən Odlar Diyarı ilə bağlı iddialar   «Böyük Ermənistan» həvəsində olan daşnakların məğlubiyyəti ilə nəticələnib. Daşnakların Naxçıvanın Ermənistana birləşdirilməsi kimi xam xəyallarına  naxçıvanlılar mərdlikləri, torpaq uğurunda ölməyi bacarmaq şücaətləri və qəhrəmanlıqları ilə cavab veriblər.

Rusiya-İran müharibəsində imperiya İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş, bəzi  əraziləri saxta yolla erməniləşdirməyə çalışmışdır. Həmin tarixi hadisələrin canlı şahidi,  rus yazıçısı və diplomatı A.S.Qriboyedov məhz o illərdə  Naxçıvanı « müsəlman ölkəsi» adlandırmışdır.
Ermənistanın birinci baş naziri olmuş O. Kaçaznuni  1923-cü ildə  Naxçıvandakı vəhşiliklərini və uğursuzluqlarını  etiraf edərək yazırdı: «Müsəlman rayonlarında  inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə  məcbur olduq. Şərur və Naxçıvan kimi  mühüm yerlərdə hətta silah gücünə öz hakimiyyətimizi qura bilmədik, məğlub olduq və geri çəkildik.»

Tarixi hadisələr göstərir ki,  XIX yüzillikdə, XX əsrin əvvəllərində ermənilərin Naxçıvana yerləşdirilməsi prosesi davam etdirilsə də, qırğınlar törədilsə də  yerli əhali əzmini itirməmiş, düşmənə layiq olduğu cavabı vermişdir. Bütün hallarda məğrurluğu, torpağa bağlılığı ilə düşmənə qalib gələn naxçıvanlılar bu diyarın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qanları, canları bahasına sübuta yetirmişlər.   Ermənilərin «Qarabağı başlayan adam» adlandırdıqları  və ideoloqları hesab etdikləri Zori Balayanın  sərsəmləmələrini xatırladaq.

1993-cü ildə  Latviyada çıxan «SM- Seqodnya» qəzetinin müxbiri A. Geronyanın  «Dağlıq Qarabağ faciəsinin ideoloqlarından biri kimi həlak olanlar, qaçqınlar qarşısında özünüzü günahkar sayırsınızmı?» sualını cavablandıran Zori Balayan «Mən bu işi başladığıma görə yox, xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim  çatmadı.» Düz sözə nə deyəsən. Çünki  ermənilərin qorxaqlığı bu millətin milli xüsusiyyətlərindəndir.

Zori Balayan təxribatlarını 1998-ci il sentyabrın 27-də «Azq» qəzetində  dərc etdirdiyi məqaləsi ilə davam etdirir. Yazır ki,  hərəkatın lap əvvəlindən onlar təkcə Dağlıq Qarabağ məsələsini qaldırmaqla səhvə yol veriblər. Gərək o vaxt Naxçıvan məsələsi də  qaldırılaydı.  Beynəlxalq aləm biləydi ki, əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsa Naxçıvanın gününə düşər, ermənilərsiz qalar. Həyasızlığın ən iyrənc nümunəsi isə Zorinin «Naxçıvan və Qarabağ-bir medalın iki üzü» adlı məqaləsidir. Balayan Naxçıvanın muxtariyyatının əsasını qoyan Qars müqaviləsinə qarşı çıxaraq, sənədi erməni xalqına qarşı cinayət adlandırır. Çox böyük torpaq iddiası ilə yaşayan, tariximizdən  və milli varlığımızdan xoflanan, müsəlman uşaqlarını mismarla divara mıxlayan, dərisi soyulduqdan sonra neçə dəqiqə yaşayacağını həvəslə seyr edən  Zorinin « Qarabağ hərəkatı bizi  qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi qaytardı. Başlıcası isə  bizi Naxçıvan haqqında düşünməyə  məcbur etdi. O Naxçıvan ki,  onsuz Ermənistanın gələcəyi yoxdur» sözləri  erməni faşizmindən xəbər verir. Ermənilərin «baş ideoloqu»nun sərsəmləmələrinə cavab verərək demək olar ki,  Ermənistanın Naxçıvansız nəinki gələcəyi,  keçmişi belə yoxdur. Çünki 1929-cu ildə  Zaqafqaziya Mərkəzi İnqilab Komitəsinin qərarı ilə  Naxçıvanın 657 kvadrat kilometr ərazisi Ermənistana verilmişdir.   Belə ki, Azərbaycanın tarixi torpaqları hesabına özlərinə  qondarma dövlət quran ermənilərin   başqalarının ərazilərini özününküləşdirmə siyasətinin heç bir  əsası yoxdur.  Azərbaycanın min illik tarixini əks etdirən daşüstü yazıları pozub erməniləşdirməklə, Azıx mağarasında  « haylara» aid «tarixi mənbə» yerləşdirməklə  dövlət yaradan daşnakların Naxçıvanla bağlı iddialarına ən tutarlı  cavab ulu öndər Heydər Əliyevin sözləridir: «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın müxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq.»

Hə,  Serjik,  qulağının kəsilməyini istəyirsənsə, buyur gəl!

Xuraman İsmayılqızı«İki sahil»

Daha çox xəbərlər