İdman 

Azərbaycan çempionu Premyer Liqada mübarizəyə qoşulur

Bu gün Azərbaycan Premyer Liqasında ilk turun üçüncü görüşü keçiriləcək.

ARANTV.AZ-ın xəbərinə görə, Azərbaycan çempionu “Qarabağ” bu gün ölkə çempionatında mübarizəyə qoşulacaq.

Ağdam klubu ilk turda öz meydanında güclənmiş “Sabah”la qarşılaşacaq. Görüş saat 20:00-da “Azərsun Arena”da keçiriləcək.

Qeyd edək ki, dünən açılış matçında “Keşlə” səfərdə “Sumqayıt”a əlavə olunan dəqiqədə qol vuraraq qalib gəlib – 1:0. Həmçinin “Neftçi” öz meydanında “Səbail”i 2:1 məğlub edib. Sabah isə “Qəbələ” – “Zirə” matçı ilə tura yekun vurulacaq.Oxu.Az

Daha çox xəbərlər