Dünya 

Ermənistanda COVİD-19-dan ölənlərin sayı 854-ə çatdı

Ermənistanda son sutka ərzində 33 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 42 825-ə çatıb.

Son sutkada Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 854-dür.

Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 36 049 nəfərdir, 5666 nəfər müalicə olunur.

Daha çox xəbərlər