Avtomobildən altı min manatlıq qızıl oğurlandı
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust ayında rayon ərazisindəki avtoyuma məntəqəsindəki avtomobillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Sərxan İsgəndərovun icarə əsasında işlətdiyi Tərtər rayonunun Təzəkənd kəndi ərazisindəki avtoyuma məntəqəsindəki avtomobildən qızıl-zinət əşyaları oğurladığı müəyyən olunub.
S.İsgəndərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Oğurlanan qızıl əşyalarının yeri aşkar edilərək maddi sübüt kimi götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

