Sosial 

Ana südü koronavirusdan qoruyur – AÇIQLAMA

Hollandiyalı alimlər ana südünün koronavirusa qarşı təsirli olacağı ilə bağlı açıqlama veriblər.

ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamdakı Akademik Tibb Mərkəzi və Emma Uşaq xəstəxanası ilə birlikdə edilən araşdırmada ana südünün dünya miqyasında 813 mindən çox insanın ölümünə və 23 milyondan çox insanın xəstələnməsinə səbəb olan koronavirusa qarşı təsirli ola biləcəyi ifadə edilir.

Ana südünün epidemiya hallarının artması ilə gələcəyi proqnozlaşdırılan ikinci dalğada xüsusilə risk qrupundakı insanlar qoruyucu ola biləcəyi düşünülür.

Hollandiyalı mütəxəssislər, əvvəllər koronavirusa tutulub və sağalmış 30 qadının südü üzərində apardıqları təcrübələrdə 30 qadının südünün də koronavirusun qarşısını ala biləcək dərəcədə güclü antikor miqdarına sahib olduğunu aşkar ediblər.

Digər tərəfdən, ana südündəki antikorların pasterizasiya yolu ilə məhv edilmədiyi aşkar edilib və beləliklə, ana südündəki antikorları qızdırdıqdan sonra donduraraq məhv etmədən başqalarına ötürmək münkündür.

Daha çox xəbərlər