Siyasət 

İlham Əliyev və Mehriban Əliyeva Buzovnada yataqxana binasının açılışında – YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

ARANTV.AZ  xəbər verir ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezidentə Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verilib.

Bildirilib ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib.

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

10:45

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Daha çox xəbərlər