Siyasət 

Ceyhun Bayramov və Sergey Lavrov danışıqlarda – YENİLƏNİB + FOTO/CANLI YAYIM

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatıb.

ARANTV.AZ-ın məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

13:26

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilir.

ARANTV.AZ-ın məlumatına görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb.

Danışıqların yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcək.

12:54

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.

APA-nın verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş ilkin olaraq təkbətək formatda keçirilir.

Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Görüşün yalnız protokol hissəsi mətbuat üçün açıq olub.

Görüşün yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, görüşdən əvvəl Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada Naməlum Əsgərin məzarını ziyarət edib və əklil qoyub.

Daha çox xəbərlər