Gündəm 

İran səfirliyi Tovuz şəhidlərinin 40-ı ilə əlaqədar başsağlığı verib

İranın Azərbaycandakı səfirliyi Tovuz rayonunda döyüşlər zamanı həlak olan şəhidlərin 40-cı günü ilə əlaqədar başsağlığı verib.

Bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb.

Başsağlığında deyilir:

“Ermənistanla son döyüşlərdə şəhid olan dost və qardaş Azərbaycan Respublikasının hərbçilərinin vəfatının 40-cı günü ilə əlaqədar başsağlığı veririk.

Məhərrəm ayı ilə eyni dövrə təsadüf edən şəhidlərin matəmləri bizim kədərimizin daha da artmasına səbəb olmuşdur. Allahdan bütün şəhid ailələrinə səbr diləyirik”.

 

Daha çox xəbərlər