Bakıda hündürmərtəbəli binada yanğın – YENİLƏNİB + FOTO
Ötən gecə Bakının Binəqədi rayonundakı yeni tikilən binalardan birində yanğın baş verib.Oxu.Az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın 8-ci mikrorayon, Nəriman Nərimanov küçəsi 30/78-də yerləşən 17 mərtəbəli binada qeydə alınıb.
FHN-dən bildiriblər ki, yanğın bir neçə saat ərzində lokallaşdırılıb. Ümumilikdə, alov binanın 200 kvadratmetr ərazisini əhatə edib.
01:40
Bakıda yeni tikilmiş hündür mərtəbəli binada yanğın baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində iş davam edir.

