AİB: Gələn il Azərbaycanda ümumi daxili məhsulunun artımı 2 faiz proqnozlaşdırılır
ARANTV.AZ xəbər verir ki, Asiya İnkişaf Bankı (AİB) gələn il Azərbaycanda ümumi daxili məhsulun artımını 2 faiz səviyyəsində proqnozlaşdırır. Bu il ümumi daxili məhsulun artımı 1,7 faiz səviyyəsində olub.
Bu barədə Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Bakıda keçirdiyi mətbuat konfransında deyib.
AİB-in vitse-prezidenti qeyd edib ki, struktur islahatları, özəl sektorun inkişafı, investisiyaların yatırılması ölkədə artım üçün daha böyük zəmin yaradacaq.

