Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb – FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları beş fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Gürcüstan istiqamətindən gələn, iki ədəd “Mercedes-Benz Actros” və üç ədəd “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.

