Sosial 

QHT Şurasının dəstəyi iləYevlax və Tərtər rayonlarında aztəminatlı ailələrə yardımlar göstəriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Yüksəliş” Sosial İnkişafa Yardım İctimai Birliyi “Vətəndaşlar arasında karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işlərinin təşkili və sosial cəhətdən yardıma ehtiyacı olan vətəndaşlara yardım edilməsi” layihəsini icra edir.

Layihənin əsas məqsədini koronavirus pandemiyası ilə mübarizə üzrə maarifləndirmə işlərinin həyata keçirilməsi və sosial cəhətdən yardıma ehtiyacı olan ailələrə yardım edilməsi təşkil edir.

Bu məqsədlə layihə komandası tərəfindənYevlax və  Tərtər rayonlarında ictimai maarifləndirmə işlərinin həyata keçirilməsi ilə bərabər,yardıma ehtiyacı olan ailələrin  müəyyənləşdirilməsi həyata keçirilir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təlimatına uyğun olaraq müvafiq Marketlər  ilə danişıqlar aparılmış, ehtiyacı olan ailələr ərzaq kuponları ilə təmin olunacaqdır.

Layihə uğurla davam edir.

 

 

Daha çox xəbərlər