Dünya 

Vaşinqtonda 300 minə yaxın insan irqçilik əleyhinə aksiya keçirib – VİDEO

Vaşinqtonda irqçiliyə qarşı kütləvi etiraz aksiyası keçirilib.

“Euronews” xəbər verir ki, aksiyada 200-300 min arası insan iştirak edib.

Yürüş Martin Lüter Kinqin “Vaşinqtona marş” aksiyasının 57-ci ildönümünə və onun məşhur “Mənim arzum var” nitqinə həsr edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da polis tərəfindən təqib olunarkən güllə ilə vurulan və bunun nəticəsində ömürlük iflic olan afroamerikalı Ceykobu Bleykə görə ölkədə yenidən etiraz aksiyaları başlayıb.

Daha çox xəbərlər