Dünya 

İranda zəlzələ olub

İranın cənubunda yerləşən Fars vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 08:06-da qeydə alınıb. Yeraltı təkanların episentri Mohr şəhərindən 13 kilometr məsafədə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Daha çox xəbərlər