Cəmiyyət 

Payız ağac əkininə start verildi

“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız ağac əkini mövsümünə start verdi.

ARANTV.AZ xəbər verir ki, Payız meşə əkininin başlanması ilə əlaqədar 25 oktyabr 2018-ci il tarixində respublika ərazisində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  100 hektar ərazidə 80000-dən çox müxtəlif cinsli ağaclar əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini ağacəkmə aksiyalarında iştirak etməyə çağırır.

Daha çox xəbərlər