Cəmiyyət 

Azərbaycanda 3 yaşlı qız uşağı həkim səhlənkarlığının qurbanı oldu – 2 ay ömrü qalıb

M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində həkim Elnur Həsənovun yalnış ürək əməliyyatı nəticəsində 3 yaşlı Mələk ölümlə üz-üzə gəlib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə çıxan ana bildirib.

O, bildrib ki, həkimlər bidirib ki, ürəyindəki infeksiya təmizləməsə qızım ölə bilər: “Ürəyindən əməliyyat olunandan sonra vəziyyəti ağırlaşdı. Qızdırmadan yanır balam. 3 ayın artıq bir ayı gedib. 2 ay ömrü qalıb. Dərmanlar çox bahadır. Ala bilmirik”.

Aparıcı bildirib ki, Elnur Həsənovla bağlı artıq neçənci şikayətdir: “Biz onu məhkəməyə verməyə hazırlaşırıq”.
Azərbaycanda 3 yaşlı qız uşağı həkim səhlənkarlığının qurbanı oldu - 2 ay ömrü qalıb

 

Daha çox xəbərlər