Ermənistanda 97 yeni yoluxma
Ermənistanda son sutka ərzində 97 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
ARANTV.AZ APA-ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 43878 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 2 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 881 nəfərə çatıb.

