Dünya 

Türkiyədə 29 oktyabra planlaşdırılmış terrorun qarşısı alındı

Türkiyənin Adana vilayətində terror aktının qarşısı alınıb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, terror hadisəsinin İŞİD terror təşkilatı tərəfindən təşkil edildiyi və 29 oktyabr – Türkiyə Respublika Gününə reallaşdırılacağı deyilir.

Məlumata görə, terror əleyhinə keçirilən əməliyyat çərçivəsində İŞİD-in 6 üzvü saxlanılıb, saxlanılanlardan bir nəfərin qadın olduğu qeyd edilir.

Saxlanılanların kimliyi və vətəndaşlığı açıqlanmır.

Daha çox xəbərlər