Jirinovski koronavirusa qarşı peyvənd olundu
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski koronavirusa qarşı peyvənd edilib.
“RİA Novosti” bu barədə partiyanın mətbuat xidmətinə istinadla məlumat yayıb.
Partiyadan bildirilib ki, rusiyalı siyasətçi koronavirus peyvəndini dünyada ilk edənlərdən biridir.
Jirinovski Qamaleya Mərkəzi tərəfindən hazırlanan “Sputnik V” peyvəndinin üçüncü sınaq mərhələsinin könüllü iştirakçısı olub.
Bu mərhələdəki sınaqlarda 40 min insan iştirak edir. Peyvəndləmə üç həftəlik fasilə ilə iki mərhələdə aparılır.
“Jirinovski peyvəndin ikinci hissəsini sentyabrın sonunda qəbul edəcək, bundan sonra həkimlər altı ay ərzində onun səhhətini izləyəcəklər”, – deyə partiyadan bildirilib.

