Dünya 

Ermənistanda koronavirusa yoluxanların sayı 44 min nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 44 075 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən məlumatına görə, son sutka ərzində 197 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 884 nəfər koronavirusdan ölüb, 4 291 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Daha çox xəbərlər