Dağlara sarı yenilənən yollar
İndi dağların döşünə sığınan Yardımlıda ən çox diqqət çəkən məsələ yolların təmiri, eləcə də rayon mərkəzindən ucqar dağ kəndlərə uzanan yolları müasir tələblər səviyyəsində yenidən qurmaqdır. Sevindirici haldır ki, son günlər bu sahədə görülən işlər əhalini razı salır.
Bu günlər rayonun Şiləvəngə kənd avtomobil yolunun əsaslı təmirində böyük əmək coşqunluğu vardır. Artıq burada torpaq bərkidilməsi, yola çınqıl çəkilməsi başa çatmış, asfalt-beton örtüyünün birinci qatı vurulub. İşlər davam edir. Peşəkar yolçəkənlər yolun rahat olması üçün əsl işgüzarlıq nümunəsi göstərir, bütün işləri yüksək səviyyədə yerinə yetirirlər. Yaxın vaxtlarda müasir tipli asfalt yol nəqliyyatın istifadəsinə verilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

