Dünya 

Braziliyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib

Braziliyada son sutka ərzində daha 43 773 nəfərin koronavirus infeksiyasına yoluxması, 834 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 041 638 nəfər yoluxub. Bu müddət ərzində 124 614 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 247 610 xəstə müalicə olunaraq sağalıb.

Daha çox xəbərlər