Hadisə 

Şamaxıda doqquz yaşlı uşaq göldə batdı

Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

ARANTV.AZ-ın xəbərinə görə, hadisə rayonun Mirikənd kəndi ərazisində qeydə alınıb. Rayonun Məlcək kənd sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Əlizadə Zaur oğlu başqa uşaqlarla birgə kənddəki göldə çimərkən ehtiyatsızlıq edib və suda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.APA

Daha çox xəbərlər