Bakıda moped yük maşınına çırpıldı: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Zahir Mirzəyev mopedlə hərəkətdə olarkən idarəetməni itirərək Yelmar Əsədovun idarə etdiyi yük maşınına çırpılıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Z.Mirzəyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.Trend

