Hadisə 

Bakıda fərdi yaşayış evi yanıb

Bakının Səbail rayonunda ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları  4 kvadrat metr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər