Dünya 

Ermənistanda daha 4 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 44 649 nəfərə çatıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, son sutka ərzində 188 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 895 nəfər koronavirusdan ölüb, 3 656 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Daha çox xəbərlər