Gürcüstanda 3 aylıq körpə koronavirusa yoluxdu
Gürcüstanın Çoxatauri rayonunun Kvenobani kəndində üç aylıq körpəyə koronavirus diaqnozu qoyulub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə yerli İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, körpənin ailəsi virusa yoluxmuş şəxslə təmasda olub.
Körpənin vəziyyətinin qənaətbəxş olduğu və klinikaya yerləşdiriləcəyi bildirilib.

