Siyasət 

Rusiya və Azərbaycan rəsmiləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq məkanlarda əməkdaşlıq, eləcə də regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ tənzimlənməsi müzakirə mövzusu olub.

Daha çox xəbərlər