Yol hərəkəti üzrə cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb
ARANTV.AZ xəbər verir ki, Paytaxt ərazisində yol hərəkəti əleyhinə törədilən qayda pozuntusuna görə tətbiq edilən inzibati cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb. Cərimə ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya edilib. Artıq vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilən inzibati cərimə növündə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, həmçinin protokol, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılan şəxsi kabinetlərində tanış ola bilərlər. Həmçinin bu cərimələr üzrə ödənişlərini “asanpay.az” portalı və ya “ASAN ödəniş” sisteminə qoşulan digər ödəniş portal və terminalları vasitəsilə də həyata keçirə bilərlər.

