Astarada üçüncü çay yığımı
Astaranın çay plantasiyalarında bu günlər böyük əmək coşqunluğu yaşanır. Belə ki, rayonun əmək adamları gərgin zəhmət hesabına hasil etdikləri çay yarpağının üçüncü yığımına başlayıb. Astaralılar bu ili indiyə kimi rayonda fəaliyyət göstərən fabriklərə 550 tondan çox yaşıl yarmaq təhvil veriblər. Məhsulun bolluğu, yüksək keyfiyyəti əvvəlki illərdən fərqlənir. Əldə olunan gəlir çay yığımın sürətlə aparmasına əlavə stimul verir. Ötən il rayonda 197 hektar məhsuldar plantasiyadan 565 ton yaşıl çay yarmağı istehsal olunmuşdu. İndidən görünür ki, cari ilin göstəricisi bundan artıq olacaq.
Zəfər Orucoğlu,
zərbaycan Jurnalistlər Birliyinin üzvü

