Braziliyada koronavirus qurbanlarının sayı 130 mini keçib
Braziliyada son sutka ərzində daha 43 718 nəfərin koronavirus infeksiyasına yoluxması, 874 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 282 164 nəfər yoluxub. Bu müddət ərzində 130 396 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 3 530 655 xəstə müalicə olunaraq sağalıb.

