Sosial 

Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyyə edilir

Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.

ARANTV.AZ xəbər verir ki, onların ötən gün koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ çıxıb.

Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyyə olunanlar hazırda Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır.

COVID-19 arayışı təqdim olunandan sonra onlar avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 000-dən çox şəxs təxliyyə olunub.“Report”

Daha çox xəbərlər