Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Jair Bolsonaruya təbrik məktubu göndərib.
ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Bolsonaru,
Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

