Bakıda Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 21-ci iclası keçirilir
ARANTV.AZ xəbər verir ki, Bakıda Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 21-ci iclası keçirilir. Toplantıda Ombudsmanlıq İnstitutları çərçivəsindəki əməkdaşlığın əhəmiyyətindən danışlıb.
Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 21-ci iclasının iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu. Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının məzarlarını ziyarət etdilər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyuldu. İclasda bildirildi ki, Azərbaycan Ombudsmanlıq İnstitutu dünyada fəaliyyət göstərən üç analoji qurumla fəal əməkdaşlıq edir. Onlardan biri də Asiya Ombusmanlar Assosiasiyasıdır. Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili 2003-cü ildən bu Assosiasiyasının üzvüdür və 2015-ci ildən növbəti 4 il üçün həmin qurumun vise-prezidenti seçilib. Ombudsman Elmira Süleymanova 6-cı Bakı Beynəlxalq Humanitar Forumunun sonunda qəbul edilən Bəyyannamədə əksini tapan müddaəlarla bağlı qurum üzvlərinə məlumat verdi.
Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın Federal Ombudsmanı Syed Tahir Şahbaz da Azərbaycanla digər sahələrlə yanaşı, Ombudsmanlıq İnstitutları çərçivəsindəki əməkdaşlıqdan danışdı.
İclasın sessiyasında qurumun ötənilki fəaliyyətinin yekun hesabatı dinlənildi və növbəti illərə dair fəaliyyət istiqamətləri müzakirə edildi.

