Cəmiyyət 

Bakıda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizəyə həsr olunan konfrans keçirilir

ARANTV.AZ xəbər verir ki, bu gün Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə sahəsində əhatəli qanunvericilik bazası formalaşdırılıb. Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” mövzusunda keçirilən konfrans bildirilib ki, ölkəmizin bu sahədə həyata keçirdiyi işlər və əməkdaşlıq əlaqələri  insan alveri və qaçaqmalçılığa qarşı birgə mübarizəyə geniş imkan yaradır.

İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” mövzusunda keçirilən konfransın məqsədi beynəlxalq transmilli mütəşəkkil cinayətlərin araşdırılması və insan alverinə məruz qalan şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq və regional müzakirələri və tərəfdaşlıqları genişləndirməkdir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırdı ki, son illər parlament həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun mükəmməl qanunvericilik bazası yaradıb. Milli Məclis sədrinin müavini Bahar Muradova isə dedi ki, konfrans çərçivəsində adıçəkilən mövzuda istər Azərbaycan, istər regionda, istərsə də dünyada mövcud vəziyyətin yaratdığı çətinliklər, eyni zamanda, bu illər ərzində əməkdaşlığa və tərəfdaşlığa əsaslanan fəaliyyətin müsbət nəticələri barədə fikir mübadiləsi aparılacaq və perspektivlərlə bağlı faydalı istiqamətlər müəyyənləşdiriləcək. Bildirdi ki, Azərbaycan sözügedən istiqamətdə BMT-nin müvafiq konvensiyasına qoşulub.

Dünyada 260 mindən çox beynəlxalq miqrantın olması problemdir və bu problemin həlli çoxtərəfli yanaşma tələb edir. Bu fikri isə Dövlət Miqrasiya Xidmətinin  rəisi Vüsal Hüseynovsəsləndirdi. Miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yolla gəlir əldə etməyə imkan yaradır. Azərbaycanda bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması tam yekunlaşıb. Həm cinayət, həm də miqrasiya qanunvericiliyi təkmilləşdirilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov isə dedi ki, Azərbaycanda insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasına başlandığı 2004-cü ildən indiyə qədər görülən qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb. Həmin müddətdə 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə verilib. Son illər ərzində də Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır. BMT-nin  ölkəmizdəki rezident  əlaqələndiricisi Qulam İshaqzai Beynəxalq təşkilatların təmsilçiləri, ekspertlər Azərbaycanda bu sahədə həyata keçirilən işləri yüksək qiymətləndirdirlər, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladılar. Sonra konfrans işini panel iclaslarla davam etdirdi. Millət vəkilləri – Məlahət İbrahim qızı və Sahibə Qafarova, müxtəlif ölkələrin parlament üzvləri insan hüquqlarının pozulmasının qarşısının alınması və insan alverinə qarşı mübarizə sahəsində milli parlamentlərin birgə səylərinin vacibliyini önə çəkdilər.

Daha çox xəbərlər