Cəmiyyət 

“Nardan doğan rənglər” adlı foto müsabiqəsinin qalibləri müəyyənləşib

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkil etdiyi “Nardan doğan rənglər” adlı foto müsabiqəsinin qalibləri müəyyənləşib. Bildirilib ki, sentyabrın 15-dən oktyabrın 15-dək davam edən müsabiqədə iştirak edənlər öz “Nar dünya”sını əks etdirən fotoşəkli Assosiasiyanın elektron ünvanına  göndərib. Müsabiqəyə qatılan 460-dan çox şəxs gördüklərini fərqli çalarlar və kompozisiyalar vasitəsilə əks etdirməyə çalışıb. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov və AZPROMO-nun prezidenti Yusif Abdullayev bildiriblər ki, foto müsabiqənin məqsədi Azərbaycan narının dünyada təbliğidir. Birinci yerin sahibi 2000, ikinci yerin sahibi 1000, 3-cü yerin sahibi isə 500 manatla mükafatlandırılıb.

Daha çox xəbərlər