Kriminal 

Tərtərdə QANLI CİNAYƏT — 20 yaşlı oğlan dostu ilə birləşib əmisini öldürdü

Tərtər rayonunda tamah məqsədilə əmisini dostu ilə birlikdə qətlə yetirməkdə təqsirli bilinən Zamin Abbaszadə və Cavad Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il Tərtər rayonunun Sarov kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Niyaməddin Məhiyəddin oğlu tamah məqsədi qətlə yetirilib.

Sözügedən şəxsə evinin yaxınlığında iki bıçaq zərbəsi yetirilib. Mərhum aldığı xəsarətlərdən yerindəcə keçinib.

Belə ki, 20 yaşlı Cavad Kərimov dostu, Kəngərli kənd sakini olan 2001-ci il təvəllüdlü Abbaszadə Zamin Faiq oğluna əmisində xeyli miqdarda pul olduğunu bildirib. Z.Abbaszadə Sarov kəndində yaşayan babasıgillə qonşu olan Niyaməddindən pulun alınması ilə birgə Cavadla plan qurublar. Onlar 36 yaşlı kişinin sərxoş vəziyyətdə olmasından istifadə edərək ona qarşı zorakılıq ediblər və gecə saatlarında pul tələb ediblər. Lakin N.Kərimov həmin şəxslərə pul verməyəcəyini bildirib və müqavimət göstərib. Bundan sonra dostla Nİyaməddin Kərimovu qətlə yetiriblər.

Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Ölkə.Az

Daha çox xəbərlər