Sosial 

Lerikdə müəllimindən uşaq doğduğu deyilən MƏKTƏBLİDƏN — XƏBƏR VAR

Lerikdə müəllimindən hamilə qaldığı deyilən məktəblidən xəbər var.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Ölkə.Az”-a bildirib ki, bir neçə gün öncə ana olan məktəbli özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Birlik sədrinin sözlərinə görə, məktəblinin övladı hazırda tibb müəssisəsində saxlanılır:

“Hazırda məktəblinin vəziyyəti normaldır. Uşaq da özünü yaxşı hiss edir. Ancaq hələlik körpə tibb müəssisəsində saxlanılır. Çünki istintaq dövründə DNK olunacaq ki, bilinsin uşağın atası kimdir”.

Qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi azyaşlı qızın hamilə qalmasına səbəb olan  müəllimlə bağlı çıxarılmış hökmü ləğv edib.

Xatırladaq ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi açılıb.

Aparılan istintaqdan sonra 15 yaşlı şagirdlə cinsi əlaqədə olan müəllimə hökm oxunub. Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrlik etdiyi prosesdə Məmmədov Şəfahətə 1 il iş verilib.

Daha çox xəbərlər