Bakıda ata oğlu tərəfindən döyülərək ağır xəsarət alıb
Bakının Sabunçu rayonunda ailə-məişət zəminində münaqişə baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Yeni Ramana yaşayış massivində qeydə alınıb.
1960-cı il təvəllüdlü Rzayev İlqar Eldar oğlu yaşadığı evdə oğlu tərəfindən döyülüb. O, bədəninin və üz nahiyəsinin əzikləri, cırılmış yaraları diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.APA

