Hadisə 

Gəncədə yanğın baş verib

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Bildirilir ki, həyətyanı sahədə yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər