Aİ: “Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir”
İndi Avropa İttifaqının bəzi ölkələrində koronavirus pandemiyası ilə bağlı vəziyyət mart ayında yoluxmanın pik nöqtəsi ilə münasibətdə daha pisdir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu vəziyyət böyük narahatlıq doğurur.
O bildirib ki, Aİ ölkələrində və Böyük Britaniyada avqust ayından başlayaraq koronavirusa yoluxma sayı kəskin artır.Qeyd edək ki, bu günədək Avropada 4,6 milyondan çox şəxs koronavirusa yoluxub, 218 402 nəfər ölüb.

