Komitə sədri: İnzibati Xətalar Məcəlləsi tam dəyişdirilməlidir
İnzibati Xətalar Məcəlləsinin tam yeniləndirilməsinə ehtiyac var.
ARANTV.AZ xəbər verir ki, bunu parlamentin plenar iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, parlamentin hər iclasında bu Məcəlləyə dəyişiklik edilir.
Bu baxımdan komitə sədri hesab edir ki, Məcəllənin yenilənməsi, tam dəyişdirilməsi lazımdır:
“Oqtay müəllim, hesab edirəm ki, bununla bağlı müzakirələr aparılmalı, Məcəllənin təkmilləşdirilməsi yönündə addımlar atılmalıdır. Buna çox ciddi ehtiyac var”.oxu.az

