Dünya 

Rusiyada deputat kafedə müştərini döydü – VİDEO

Rusiyanın Moskva vilayətində deputat kafedə dava salıb və silahla müştərini hədələyib.

İz.ru xəbər verir ki, sentyabrın 20-də baş verən hadisənin görüntüləri yayılıb.

Aleksandr Yasyuçenya adlı deputat kafedə olan qadını stolundan qaldıraraq qovub və bir kişini döyüb, ona silahla hədə-qorxu gəlib.

Bildirilir ki, deputat həmin şəxsdən məhkəmədə ona qarşı ifadəsini dəyişməsini tələb edib.

Daha çox xəbərlər