Gündəm 

Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib – FOTO

Almaniyanın Hamburg və Frankfurt şəhərində yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə  təcavüzkar Ermənistan Ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, güllər düzülüb. Anım mərasimində  soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib. Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.

Daha çox xəbərlər