Siyasət 

“100 minlərlə insan 100-200 kilometrlik yolun əvəzinə 400-500 kilometrlik yoldan istifadə edir” — Deputat

“2019-cu ilin büdcə zərfini müdafiə edəcəm. Bu il Ağsuda yol çəkilməsi gündəliyə salınıb. Xahiş edirəm bu məsələ tezləşdirilsin”.

ARANTV.AZ xəbər verir ki, bu sözləri Milli Məclisdə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Deputat təklif edib ki, Quba-Şamaxı yolunun tikintisini başa çatdırılsın:

“Nəzərə almaq lazımdır ki, bu ətraf rayonlar üçün xüsusi əhəmiyyətə lazımdır. 100 minlərlə insan 100-200 kilometrlik yolun əvəzinə 400-500 kilometrlik yoldan istifadə etməli olurlar. Eyni zamanda vaxtlarını və pullarını sərf edirlər. Bu məsələ də həll edilməlidir. Hesab edirəm ki, uşaq pulunun bərpası da vacibdir. Həmçinin şəhidlər üçün mənzillərin hazırlanması məsələsini qaldırmışdım. Bu ilin dövlət büdcəsindən bu iş üçün 45,5 milyon manat ayrılıb və bu ötən illə müqayisədə 3 dəfə çoxdur. Bu çox müsbət haldır. Həmçinin şəhid olan insanlarımıza verilən birdəfəlik konsepsiya vətən uğrunda şəhid olan polis işçilərinə də şamil edilməlidir”.

T.Kərimli qeyd edib ki, 2018-ci il üçün artım 1,5 fazi nəzərdə tutulsa da, ilin 9 ayının göstəricisi cəmi 0,8 faizdir:

“Bilmirəm, ilin sonuna qədər bu artım 1,5 faiz həddə qədər gəlib çıxa biləcəkmi. Bu il ÜDM 3,6 faiz artımı nəzərdə tutulub. Bu yaxşı haldır. Mən ötən ilin büdcə müzakirəsi zamanı balıqçılıq və şərabçılıqla bağlı tənqidlər səsləndirdim. Ancaq təəssüflər olsun ki, bu ilin büdcə zərfində balıqçılıqla bağlı rəqəmlərə rastlaşmadım”.

Sonda deputat bildirib ki, büdcə optimaldır, real durum nəzərə alınıb və ona səs verəcək.

Ölkə.Az

Daha çox xəbərlər